Elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Heydər Əliyev "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərman imzalayıb. Bu Fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmış və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Bu istedadlı gənclərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi üçün Prezident təqaüdçülərinin 14-15 aprel tarixində Quba şəhərində konserti keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB