Bu gün Türkan qəsəbə Mədəniyyət Mərkəzində narkomaniyaya qarşı mübarizə ilə əlaqədar "Əsrin bəlası" adlı tədbir keçirilib. Mədəniyyət və Turizm İdarəsindən SİA-ya verilən məlumata görə, tədbiri keçirtməkdə əsas məqsəd narkomaniyanın insan həyatı üçün nə dərəcədə təhlükəli olduğunu insan kütləsinə çatdırmaq və gəncləri bu təhlükəli yola düşməkdən çəkindirmək, gənc nəsli sağlam həyat tərzi keçirtməkdə maarifləndirmək idi.
Tədbiri giriş sözü ilə Türkan qəsəbə Mədəniyyət Mərkəzinin direktoru İ.Məlikova açıq elan edib. Bildirib ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur.
Sonra Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı internat məktəbinin direktoru B.Zeynalova çıxış edərək gəncləri bu təhlükəli yoldan uzaq durmağa çağırdı.
Tədbir zamanı internat məktəbinin tədris işləri üzrə direktor müavini Kərim müəllim qeyd edib ki, narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır, qeyri-stabil şəraitin yaranmasına səbəb olur. Narkomaniya təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Respublikasının prezidenti 26 avqust 1996-cı ildə "Narkomaniya və narkotika dövriyyəsinə qarşı tədbirlər haqqında" fərman verilib. 1999-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Narkotik vasitələr psixotron maddələrin qanunsuz dövriyyəsi haqqında" qanun qəbul edib.
Qeyd edək ki, sonda tədbirdə iştirak edən valideyn və qonaqlara söz verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB