“Hasarın o üzü” tamaşası Şamaxıda

“Hasarın o üzü” tamaşası Şamaxıda

Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının tələbələrinin arzusu ilə Şamaxıya gələn Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi şəhər mədəniyyət sarayında Əli Əmirlinin ssenarisi əsasında səhnələşdirilən "Hasarın o üzü" tamaşasını nümayiş etdirib. SİA-nın verdiyi məlumata görə, baş rollarda xalq artistləri Nurəddin Mehdixanlı və Həmidə Ömərovanın oynadıqları tamaşa professor-müəllim və tələbə heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşadan sonra Müəllimlər İnstitutunun Şamaxı filialında nümayiş etdirilən əsərin mövzusuna və aktyor ifasına həsr olunan "dəyirmi masa" keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə