Məşhur alman bəstəkarı Ralf Ziqel "Eurovision" mahnı müsabiqəsində San-Marinonu bəstəkar kimi bir daha təmsil edəcək. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, San Marino təmsilçiləri Anita Simonçini və Mikele Perniola Ralf Ziqelin "Chain of Lights" mahnısını ifa edəcəklər.
Alman bəstəkarı 2012, 2013, 2014-cü illərdə San Marino üçün müvafiq olaraq "The Social Network Song", "Crisalide (Vola)", "Maybe" mahnılarını yazıb və bunların hamısını Valentina Monetta ifa edib.
Ralf Ziqel bu il də daxil olmaqla 24-cü dəfədir ki, "Eurovision" mahnı müsabiqəsi üçün mahnı bəstələyir.
Qeyd edək ki, Avstriyanın Vyana şəhərində keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq. San Marino təmsilçiləri səhnəyə ikinci yarımfinalda çıxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB