“Forsaj 7 ” filmi türk dilində

Los –Andjelesin məşhur TLC kinoteatrında dünya premyerası baş tutan, baharın ən iri miqyaslı layihəsi sayılan 3 D formatlı "Forsaj 7" filminin, Nizami Kino Mərkəzində türk və rus dillərində nümayişi başlanıb. SİA-nın verdiyi məlumata görə, Amerika rejissoru Ceyms Vanın, Kris Morqanın və Skott Tompsonun ssenarisi əsasında çəkdiyi bu film, döyüş, triller və kriminal janrındadır. Filmin sloqanı: "İntiqam sərhəd tanımır". Filimin yaş həddi: +18-dir.

Onlar Tokio, London və Los- Andjelesi fəth ediblər. Amma, dünya artıq onların qaydaları ilə oynamır. Ərəb səhralıqlarının istisi, çox hündür göydələnlər, təkər üzərinə qoyulmuş milyon dollarlar, həddindən artıq məşhur yaramaz və sərhəd tanımayan sürət.

Filmdəki obrazları aktyorlar Vin Dizel, Pol Uoker, Ceyson Steytem, Mişel Rodriges, Dueyn Conson, Tayriz Qibson, Ludakris, Natali Emmanuel, Cordana Brüster, Gkurt Rassel canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə