Azərbaycan regionlarının tanıdılması, ölkə daxili turist səfərlərinin artırılması, xüsusilə paytaxt sakinlərinin istirahətinin təşkili zamanı turizm imkanları geniş olan regionlardan istifadəsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yeni 45 saniyəlik 2 reklam çarxı hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Şixəmmədov SİA-ya açıqlamasında bildirib ki, reklam çarxları ölkəmizi tanımaq və ölkəmizin bölgələrinə səfər etmək şüarı ilə hazırlanıb. Bu reklam çarxlarının Azərbaycan televiziya kanallarında, müxtəlif sosial şəbəkələrdə yayımlanmasına artıq start verilib.
Reklam çarxlarını aşağıdakı linklər vasitəsilə izləmək mümkündür:
1.
2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB