Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə dünyanın aparıcı muzeylərindən biri olan İngiltərənin Viktoriya və Albert Muzeyinin direktoru cənab Martin Rot Azərbaycana səfər edib. SİA-nın verdiyi məlumata görə, qonağı Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev qəbul edib. Görüş zamanı nazir Viktoriya və Albert Muzeyinə Qarabağın "Bəhmənli" xalçasının surətini hədiyyə edib.
Xalçanın əsli Azərbaycan Xalça Muzeyində saxlanılır və üzərində toxucunun adı və xalçanın toxunma tarixi - "Hicri 1346 Nargilə xanım" yazısı həkk olunub.
"Bəhmənli" xalçalarının naxışları XV əsrdən etibarən Azərbaycanda toxunmağa başlayan məşhur "Əjdahalı" xalçalarının interpretasiyasıdır. "Əjdahalı" naxışları Azərbaycana Böyük İpək Yolu vasitəsilə gəlmiş və Azərbaycan xalça sənətinin inkişafında mühüm rol oynayıb.
Qeyd edək ki, hədiyyə olunan xalça 2014-cü ildə Azərbaycan Xalça Muzeyində Lalə Əliyeva tərəfindən toxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB