Avropa Təhsil, Gənclər və İdman Dövlət Dəstəyi Proqramı olan Erasmus+ proqramı çərçivəsində Azərbaycan Respublikasının Belçika Səfirliyinin də xəbərdar olduğu, 2015-ci ilin aprel ayının 11-17-də "Yüksək təhsil və fərdi inkişaf təşviq etmək və bir-birlərinin təcrübələrindən öyrənmək" adlı mübadilə layihəsini Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi həyata keçirir. SİA-nın verdiyi məlumata görə, Belçikadan və Azərbaycandan olan gənc tələbələrin maarifləndirilməsi məqsədi ilə Bakı proqramına Bakı Uşaq Teatrının repertuarında olan Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi "Xaş-xaşın göz yaşı" tamaşası daxil edilib. Həmişə maraqlı layihələrdə yer alan Bakı Uşaq Teatrı bu dəfə də bu ənənəni pozmamış, 12 aprel saat 19:00-da Q. Abbasov adına mədəniyyət sarayında tamaşanı nümayiş olunacaq.
"Xaş-xaşın göz yaşı" tamaşası Avropa Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb və 80 layihə arasında ilk üçlüyə düşüb.
Bu AİDS mövzusunda Azərbaycanda hazırlanmış ilk maarifləndirici teatr tamaşasıdır. Tamaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin sifarişi ilə hazırlanıb. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, AIDS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır.
Çətin vəziyyətə düşmüş gənclərə cəmiyyətin yanlış münasibəti, ailə-məişət problemləri, yeniyetmələrin başa düşülmə və özünü təsdiq ehtiyacının ödənməməsi onları uçuruma yuvarladan amillər kimi nəzərdən keçrilir. Səhnə əsərində qoyulan problemlər bir qrup tələbə gəncin timsalında tamaşaçıya çatdırılır. Qarşılaşdıqları irili-xırdalı çətinliklərə tab gətirməyən gənclər asanlıqla "dərdlər unutduran" vasitəyə qurşanırlar. Valideynlərin yanlış münasibəti isə buna təkan verir.
Qeyd edək ki, tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Tamaşanın müddəti 1 saat 15 dəqiqədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB