Gəncə Dövlət Kukla Teatrının baş rəssamı Əntiqə Bədirova 50 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. SİA-nın verdiyi məlumata görə, Ə.Bədirova 1987-ci ildən Gəncə Dövlət Kukla Teatrında quruluşçu rəssam kimi fəaliyyətinə başlayıb. İşlədiyi müddət ərzində o, otuzdan çox tamaşaya bədii tərtibat verib. Onun quruluş verdiyi tamaşalar öz rəngarəngliyi ilə balaca tamaşaçıların rəğbətini qazanıb. Ə.Səmədlinin "Meşə çaqqalsız olmaz", A.Əlizadənin "Günah torbası", Azərbaycan xalq nağılı "Şəngülüm, Şüngülüm, Məngülüm", Ə.Səmədlinin "Artıq tamah baş yarar", R.Əlizadənin "Keçəlin toyu" kimi tamaşaları uşaqların marağına səbəb olub. Onun hazırladığı tamaşalar Türkiyədə keçirilmiş festivallarda nümayiş olunub.
Qeyd edək ki, Ə.Bədirova ömrünün 28 ilini incəsənətə həsr edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB