Qobustan rayon Heydər Əliyev İrsini Araşdırma Mərkəzində şəhər 1 və 2 nömrəli orta məktəblərin 11-ci sinif şagirdləri üçün "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda növbəti açıq dərs keçirilib. SİA-nın verdiyi məlumata görə, şagirdlərə Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. İqtisadiyyatın yenidən qurulması, aqrar sahənin dirçəlməsi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursu, hüquq və demokratik dövlət quruculuğunun ulu öndərin adı ilə bağlı olduğu diqqətə çatdırılıb.
Açıq dərsdə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən böyük quruculuq işlərindən də söhbət açılıb.
Qeyd edək ki, şagirdlər mərkəzdə ümummilli lider Heydər Əliyevin xalqa bağlı şərəfli ömür yolunun ayrı-ayrı məqamlarını əks etdirən eksponatlarla da tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB