Elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Ulu Öndər Heydər Əliyev "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərman imzalayıb. SİA-nın verdiyi məlumata görə, bu Fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Bu istedadlı gənclərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi üçün Prezident təqaüdçülərinin 2015-ci il 14-15 aprel tarixində Quba şəhərində konsert proqramı keçiriləcək.
Konsert proqramında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbinin şagirdi-Prezident təqaüdçüsü Jalə Mailova da çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB