Musiqili Komediya Teatrının səhnəsində H. X. Andersonun "Düyməcik" nağılının motivləri əsasında eyniadlı tamaşa səhnələşdiriləcək. SİA-nın verdiyi məlumata görə, tamaşada valideynlərinin yeganə övladı olan Düyməciyi eybəcər qurbağa oğurlayır və öz çirkin oğlu ilə evləndirmək istəyir. Onların əlindən birtəhər canını qurtaran qızcığazın başına gələn sonrakı hadisələri uşaqlar həyəcan və maraqla izləyəcəklər. Uşaqlar üçün nəzərdə tutulan tamaşa rus dilində olacaq.
Qeyd edək ki, tamaşa 11 aprel, saat 12:00-da Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 3 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB