"Hazırda tamaşaçı sayına görə bütün reytinqləri qıran "Xoxan" filmidir". Bunu SİA-ya açıqlamasında sevilən aktyor Fərda Xudaverdiyev söyləyib. Bildirib ki, bu fikirləri mütəxəssislərin özləri də etiraf ediblər: "Sevindirici haldır ki, "Xoxan" nəinki öz filmlərimiz, hətta bir çox türk filmləri arasında da ən baxımlı kino oldu. Bura "Rəcəb İvedik" də, Cem Yılmazın çəkildiyi filmlər də daxildir. Bu cür filmləri geridə qoymağımız bizi də fərəhləndirir. Düşünürəm ki, nə qədər çox film çəkilsə tamaşaçının da seçimi olur və bununla da inkişaf başlayır. Onu da deyim ki, bu uğurdan sonra "Xoxan 2" filmini çəkmək qərarına gəlmişik. Yəqin ki, I Avropa Oyunlarından sonra çəkilişlərə başlayacağıq. Planlaşdırırıq ki, sentyabr ya da oktyabr ayında başlayaq. Aktyorlardan isə hələlik Elməddin Cəfərov və mənim çəkiləcəyim dəqiqdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB