Əbülfəs Qarayev: "Dublyaj meydan açacaq"

Əbülfəs Qarayev: "Dublyaj meydan açacaq"

"Azərbaycan kinoteatrlarında nümayiş olunan filmlərin hamısı ya Azərbaycan dilinə dublyaj yolu ilə çevrilməli, ya da ana dilində alt yazı ilə verilməlidir". SİA-nın verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib: "Bütün filmlər Mədəniyyət və Turizm Nazirliyinin xüsusi reyestr bölməsindən qeydiyyatdan keçməlidir. Filmlərin bütün keyfiyyətlərinə baxılmalıdır. Dublyaj olmasa da, heç olmasa alt yazı verilməlidir. İnzibati mexanizm olmadığına görə mən buna təsir edə bilməyəcəyəm. Dublyaj vasitəsilə filmlərin tərcümə edilməsi vacib məsələdir. Dublyajın edilməsi əslində mədəniyyət xadimlərinə də meydan açacaq. Çünki tərcümə olunarkən təbii ki, aktyor və aktrisalarımızdan istifadə ediləcək. Onlar da əlavə gəlir əldə edəcəklər. Kino biznesi də bu vasitələrlə bir-birilərini saxlayırlar. Artıq bu məsələ ilə bağlı tapşırıq vermişəm. Bizim üçün prioritet məsələ ana dilimizdə filmlərin tərcümə edilməsidir. Bunun reallaşmasını isə zaman göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə