"Bakı Sirkinin binası daha geniş ərazidə olmalıdır". SİA-nın verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media mənsubları ilə görüşdə səsləndirib: "Sirkin yeni binasının inşası ilə bağlı artıq bir neçə layihə hazırdır. Ölkə başçısının tapşırığına əsasən 4-5 layihə hazırlanıb, tender elan olunacaq və ən yaxşı layihə seçiləcək. Mən inanıram ki, sirkin binası daha geniş ərazidə olacaq. Hazırda bu işlə bağlı bir neçə memar çalışır. Düşünürəm ki, yaxın illərdə bu məsələ də öz müsbət həllini tapacaq. Çünki hazırda prioritet məsələ Azərbaycan Dövlət Opera və Balet Teatrının yenidən qurulmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB