"Bu yarışma mənim üçün böyük şansdır"

"Bu yarışma mənim üçün böyük şansdır"

" "Eurovision" mahnı müsabiqəsi özümü solo müğənni kimi təqdim etmək üçün böyük şansdır". SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycanı "Eurovision-2015"də təmsil edəcək Elnur Hüseynov yarışmanın rəsmi saytına müsahibəsində deyib. Bildirib ki, ölkəmizi artıq ikinci dəfə təmsil edəcək. "Şouda heyranedici səhnə təqdimatı olacaq. Bununla bağlı çoxlu ideyalarımız var. Odur ki, "Eurovision-2015"də məxsusi bir perfomans görəcəksiniz. Builki mahnımıza inanıram, onda çox güclü mesajlar var. Mahnının sözlərində "hər bir qəlb mübarizə etməyə layiqdir" deyildiyi kimi, biz heç vaxt təslim olmamalı, xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq".

Qeyd edək ki, Elnur Hüseynov müsabiqədə "Hour Of The Wolf" mahnısını ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə