Xalq artisti ilə vida mərasimi keçirilib FOTOLAR

Xalq artisti ilə vida mərasimi keçirilib FOTOLAR

Bu gün Bakı Musiqi Akademiyasında bəstəkar, xalq artisti, professor Nəriman Məmmədov ilə vida mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nəriman Məmmədovun 1927-ci il dekabr ayının 28-də Naxçıvan şəhərində anadan olduğunu diqqətə çatdırıb. Bildirib ki, bəstəkar kiçik yaşlarından musiqinin vurğunu olub: "Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri və musiqi nəzəriyyəsi şöbələrini bitirən Nəriman bu illə xalq çalğı alətləri üçün "Suita"sını bəstələyir. Suita görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib. O, təhsilini davam etdirərək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix nəzəriyə, sonralar isə bəstəkarlıq şöbələrini uğurla bitirib. O, yed­di sim­fo­ni­ya­nın mü­əl­li­fi­dir. Bun­lar­dan iki­si proq­ram­lı əsər­lə­rin­dən­dir. 3-cü sim­fo­ni­ya or­qan üçün ya­zıl­mış və Ri­qa­da mü­vəf­fə­qi­yyət­lə səs­lən­ib. Dör­dün­cü sim­fo­ni­ya Hü­seyn Ca­vi­də, 7-ci sim­fo­ni­ya Xo­ca­lı fa­ciə­si­nə həsr olun­ub. Onun yed­di kon­ser­tin­dən dör­dü for­te­pia­no ilə sim­fo­nik or­kestr, 7-ci kon­sert fley­ta ilə or­kestr üçün ya­zıl­ıb. For­te­piano üçün yaz­dı­ğı kon­sert­lə­rin iki­si Mosk­va ra­dio­su­nun fondun­da sax­la­nı­lır. Nə­ri­man Məm­mə­dov bir ne­çə sim­fo­nik poe­ma, ka­me­ra or­kest­ri üçün pyes­lər və ins­tru­men­tal əsər-kvar­tet, trio və so­na­ta bəs­tə­ləyib. Onun ya­ra­dı­cı­lı­ğın­da mah­nı jan­rı da xü­su­si yer tu­tur. Nə­ri­man Məm­mə­do­vun 700-ə ya­xın mah­nı­sı Azər­bay­ca­nın görkəm­li mü­ğən­ni­lə­ri­nin ifa­sın­da len­tə ya­zıl­ıb. Mü­əl­lif mah­nı­la­rı­nın mətn­lə­ri üçün şa­ir­lər­dən Rəaul Rza, Bəxtiyar Va­hab­za­də, Fikrət Qo­ca, R.Hey­dər, R.Mux­tar, Nüsrət Kə­sə­mən­li, R.Ab­dul­la­yev, Musa Urud və Xu­ra­man Və­fa­nın söz­lə­ri­nə mü­ra­ci­ət edib".

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə söz alaraq Nəriman Məmmədovun Hü­se­yin Ca­vi­din "Şeyx Sə­nan" ba­le­ti üzə­rin­də işi­ni ba­şa çat­dır­dığını diqqətə çatdırıb: "Mu­si­qi­li ko­me­di­ya­la­rı – "Al­tı qı­zın bi­ri Pə­ri", "Məm­mə­də­li ku­ror­ta ge­dir", "Qız gö­rü­şə tə­lə­sir" (Tofiq Bakıxanovla birgə) və elə­cə də dör­dün­cü mu­si­qi­li ko­me­di­ya "Ola­ca­ğa çarə yox­dur" (Ra­miz Ab­dul­la­ye­vin lib­ret­to­su əsa­sın­da) bəstəkarın uğurlarındandır".

Daha sonra digər natiqlər də söz alaraq mərhumun yaxınlarına başsağlığı verib, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, xalq artisti Nəriman Məmmədov bu gün II Fəxri Xiyabanda dəfn edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə