Türkiyə “Eurovision 2015” ə qatılmayacaq RƏSMİ

Türkiyə “Eurovision 2015” ə qatılmayacaq RƏSMİ

Türkiyə "Eurovision 2015" Mahnı Müsabiqəsində iştirak etməyəcək. SİA-nın "Eurovision"un mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur: "Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə "Eurovision 2015"-də iştirak etməyəcək".

Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə