Rəşid Behbudov adına Mahnı Teatrında "Günəşli hekayə" sözsüz tamaşa-klounadası təqdim ediləcək. SİA-nın verdiyi məlumata görə, tamaşada rolları Fyodor Makarov, Aleksey Qavrielov ifa edirlər.
Süjetin əsasında sadəlövh uşaq hekayəsi dayanır. Belə ki, iki kloun dost səhvən günəşi dənizə salır. Tamamilə donmamaq üçün onlar gəmi düzəldərək günəşi axtarmağa gedir. Budur, gülməli və yöndəmsiz dostlar açıq okeandadır və gəmi macəra axtarışına yollanır.
45 dəqiqə davam edən tamaşa 3 yaşdan yuxarı uşaqlar və onların valideynləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, tamaşa 11 aprel, saat 13:00-da Rəşid Behbudov adına Mahnı Teatrında nümayiş olunacaq. Biletlərin qiyməti isə 15 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB