Uşaqlar arasında mütaliənin təbliği, uşaqlarda mütaliə - bilik dairəsini genişləndirmək, kitabxanalara ictimai marağın artırılması, əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların aşkarlanması, rus dili və rus mədəniyyətinin təbliği məqsədilə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında keçirilən "Canlı Klassika - 2015" bədii qiraət müsabiqəsinin ikinci turuna yekun vurulub.
Kitabxanadan SİA-ya verilən məlumata görə, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Alsu Rzayeva və Murad Binnətli müsabiqənin qalibi seçilib və müsabiqənin yekun turuna vəsiqə qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB