"Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasovanın xalq yazıçısı Elçin Əfəndiyevin "Şekspir" əsəri əsasında səhnələşdirdiyi eyni adlı tamaşa Taksim-Bebek Rotary Klubu tərəfindən mükafata layiq görülüb. Bu haqda SİA-ya aktrisa özü məlumat verib.
"İnanılmaz sevincliyəm. Rotary Bebek Təşkilatı 3 ildir ki, İstanbulda "Rotary Teatr Mükafatı" adı altında incəsənət nümayəndələrinə mükafat verir. Bu təşkilat il ərzində Türkiyədə 150-yə yaxın tamaşaya baxaraq mükafatlar verir. Bu, mənim üçün qürurverici hadisədir. Çünki keçən il səhnəyə qoyduğum xalq yazıçısı Elçinin "Şekspir" tamaşası 3 fərqli nominasiya üzrə 8 mükafat alıb. Həmçinin ilk dəfə bir tamaşada 5 aktyor və aktrisamız "İlin ən yaxşı aktyoru", səhnə dekorasiyamız "İlin ən yaxşı dekorasiyası" mükafatına layiq görülüb. Bu il isə mən "İlin ən yaxşı rejissoru", tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılınç isə "İlin ən yaxşı köməkçi qadın aktrisası" nominasiyalarında mükafatlara layiq görülmüşük. Tamaşa yüksək səhnə dekorasiyasına görə də üç müxtəlif teatr mükafatı ilə təltif olunub. Bu, səhnə tərtibatı ilə quruluş verilən tamaşanın layiq görüldüyü sayca 10-cu mükafatdır. Onu da deyim ki, iki ildir nümayiş olunan tamaşaya hələ də biletlər tapılmır. Çünki bir ay əvvəldən biletlər satılır. Bu da bir rejissor kimi məni çox sevindirir. Tamaşamızda çox güclü aktyor heyəti var. Burada Türkiyənin çox tanınmış və istedadlı aktyorları rol alıblar. Onlarla işləmək məni çox sevindirir və onların möhtəşəm rollarına görə tamaşamız bu dərəcədə böyük rəğbət görür. Tamaşanın bu qədər mükafat alması əsərin müvəffəqiyyətli olduğunu sübut edir. Belə gözəl əsər yazdığına görə xalq yazıçısı Elçin Əfəndiyevə dərin təşəkkürümü bildirirəm. Tamaşanın musiqisini isə dəyərli bəstəkar Aygün Səmədzadəyə məxsusdur. Ən böyük arzum isə bu tamaşanı Bakıya gətirməkdir. Aktyorlarımız da həyəcanla Bakıya gəlmək istəyirlər. Sözügedən tamaşanı Azərbaycan tamaşaçısına göstərmək istəyirik".
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB