“Dedem Enver Paşa” kitabının təqdimatı keçirilib

“Dedem Enver Paşa” kitabının təqdimatı keçirilib

Bu gün Bakıda Ənvər Paşanın nəvəsi Osman Mayatepekin "Dedem Enver Paşa" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı 1-ci dünya müharibəsi illərində dünyada gedən siyasi proseslərdən danışıb. Bu dönəmdə Türkiyənin Azərbaycana göstərdiyi böyük diqqəti ifadə etdi. O vurğuladı ki, Qafqaz İslam ordusunun ideyası məhz Azərbaycanın İstiqlal savaşında doğdu. Bu müabrizə Türk –müsəlman ölkəsinin yaradılması ilə nəticələndi. Azərbaycanın müstəqilliyinin qurulması üçün hərbi dəstək lazim idi və tarixdə ilk dəfə bu ordu təsis edildi. Türkiyə və Azərbaycan arasında ilk hərbi ittifaq modelini məhz Ənvər Paşa qurub. Ömər Faik Nemanzadə, Məmməd Əmin Rəsulzadə, Nəsib Bəy Yusifbəyli, Ömər Hacib, Əli Bəy Hüseynzadə və digər şəxsiyyətlər bu günkü Azərbaycanın yaranmasında çox böyük işlər görüb.

Daha sonra çıxış edən millət vəkili Musa Qasımlı Azərbaycanın Cumhuriyyət tarixindən danışdı. O, Azərbaycanın cumhuriyyətinin elan edildikdən sonra xarici qüvvələr tərəfindən hədələndiyini, buna baxmayaraq Nuru Paşa və Ənvər Paşanın böyük sücayətləri sayəsində Bakının müsəlmanlaşdırıldığını ifadə etdi.

Milli Məclisin deputatı Fazil Mustafa çıxışında bildirdi ki, Azərbaycanda hərbi məktəblərə və hərbi kurslara Ənvər Paşanın adı verilməlidir. Daha sonra dəyirmi masanın digər iştirakçıları çıxış etdilər.

Sonda Ənvər Paşanın nəvəsi Osman Mayatepek Bakının xilas olunmasında Ənvər Paşanın apardığı mübarizədən danışdı. O qeyd etdi ki, Türkiyə və Azərbaycanı bir-birindən ayırmamaq lazımdır. Çünkü bu dövlətlər bir millətdir. Bir neçə savaş bu iki ölkənin birləşməməsi üçün olunub. Birinci dünya savaşında Türklər Anadoludan Azərbaycana köməyə gəlir. 1918-ci il 15 Sentyabrda Bakıya Ənvər Paşa daxil olaraq, cumhuriyyəti rəsmiləşdirdi. O vaxt belə bir əmr verilmişdi ki, Ənvər Paşa nə olur olsun Bakıya girməli və Bakını xilas etməliydi. Bu da oldu, Ənvər Paşa nəyin bahasına olsa da Bakını xilas etdi. Bu gün həmin nəslin nümayəndəsi olmaqla qürur hissi duyuram.

Bütün xəbərlər Facebook səhifəmizdə