Rəşad Əhmədzadənin doğum günüdür FOTOLAR

Rəşad Əhmədzadənin doğum günüdür FOTOLAR

Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin doğum günüdür. SİA-ya açıqlama verən Rəşad Əhmədzadə bildirib ki, bu gün 52 yaşı tamam olur: "Doğum günümdə də axşama qədər sevdiyim işimin başında olacağam. Təmtəraqlı doğum günü keçirməyi bir o qədər də sevmirəm. Ona görə də ad günümü evə gedib ailəmlə keçirəcəyəm".

Rəşad Rüfət oğlu Əhmədzadə 3 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 172 saylı orta məktəbdə oxuyub (1970-1980). Musiqili Komediya teatrında fəaliyyətə başlayan Rəşad Əhmədzadə hərbi xidmətdən sonra yenə Musiqili Komediya teatrına qayıdaraq burada səhnə maşinisti, radio-texnik, işıqçı, butaforçu, inzibatçı, bədii quruluş hissə müdiri, direktor müavini kimi vəzifələrdə işləyib.

1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1996-ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, 2010-cu ilin aprel ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru təyin olunub. 2011-ci ildən "UNİMA" Azərbaycan Milli Mərkəzinin Prezidentidir.

Bütün xəbərlər Facebook səhifəmizdə