Müzahim İsmayılzadənin Bakı, "MBM" nəşriyyatı tərəfindən yeni şeirlər kitabı çap olunub. SİA-nın verdiyi məlumata görə, kitab "Qara işıq" adlanır.
Kitaba müəllifin son illər yazdığı lirik şeirlər daxil edilib. Müəllifin yaradıcılıq məhsulu olan bir neçə nəsr əsəri oxucular tərəfindən bəyənilib. "Qara ışıq" M.İsmayılzadənin bir növ özünə qayıdışıdır. Müasir insanının dünyagörüşü, duyğusu, xarakteri, sevgi dolu hisləri bu şeirlərin əsas mövzusunu təşkil edir.
Müəllifin kitabda yer alan "Araz-Vətəndi, Vətən", "Mən yerdəyəm, sən göydə", "Yaxşı adamlar", "Ürəyimdə", "Günəş gözümdə yatır" və digər şeirlərində onun sözə həssas münasibəti, poetik axtarışları, obrazlı ifadələri, ən əsası isə səmimiliyi diqqəti cəlb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB