"Mədəniyyət və Turizm Nazirliyi yeni "Turizm haqqında" qanun layihəsi hazırlanıb. Qanun layihəsi ilə bağlı razılaşmalar aparılır". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. Bildirib ki, yeni qanun layihəsi bu il Milli Məclisin müzakirəsinə çıxarılacaq: "Yeni layihədə turistlərin təhlükəsizliyi, sığortası sahəsində məsələlər öz əksini tapıb. Hazırkı turizm qanununda təhlükəsizlik və sığorta ilə bağlı məsələlər əks olunmayıb. Ona görə də biz bunun üzərində ciddi çalışırıq. Onu da deyim ki, indiyədək turistlərin təhlükəsizliyi ilə əlaqədar heç bir xoşagəlməz hadisə yaşanmayıb. Turizm şirkətlərinə lisenziya verilərkən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu məsələyə mühim önəm verilir. Eyni zamanda Azərbaycanda indiyə qədər heç bir turizm şirkəti müflisləşməyib. Çünki hər hansı turist şirkəti təsis olunursa, deməli, o, iqtisadi əsaslara söykənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB