“İşıqlanan yaddaş” adlı tədbir-sərgi keçiriləcək

“İşıqlanan yaddaş” adlı tədbir-sərgi keçiriləcək

Aprelin 3-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Cənubi Azərbaycanda baş vermiş "21 Azər" milli-azadlıq hərəkatının fəal iştirakçısı, Azərbaycan Demokratik Partiyasının yaradıcılarından biri, Milli Məclisin üzvü olmuş, Müdafiə Naziri general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş "İşıqlanan yaddaş" adlı tədbir-sərgi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, sərgidə ilk dəfə olaraq Cəfər Kavianın şəxsi əşyaları (hərbi geyim, Səttarxan ordeni, 21 Azər medalı, qılınc və s.), fotoşəkillər, sənədlər nümayiş olunacaq. Həmin əşyalar Cəfər Kavianın oğlu Marks Kavian tərəfindən muzeyə daimi mühafizəyə təhvil veriləcək.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Cəfər Kavianın oğlu Mark Kavian, Azərbaycan Respublikası baş prokurorun müavini Məmmədov Bəhruz, Əlyazmalar İnstitutunun mətbuat katibi Kərimov Sərvan və digər qonaqlar çıxış edəcəklər.

Tədbirdə Cəfər Kavianın qohumları və dostları, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə