"Mədəniyyət və Turizm Nazirliyi yeni "Turizm haqqında" qanun layihəsi hazırlanıb". Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev söyləyib. Bildirib ki, artıq layihə Nazirlər Kabinetinə təqdim edilib: "Həmin qanunda sığorta məsələsi də var. Lakin hazırda sığortası olmayan istirahət mərkəzlərinə lisenziyaların verilib, verilməməsi göstərilmir. Ümumiyyətlə həm turizm şirkətləri, həm də hotellər sığortalanmalıdır. Bildiyiniz kimi Rusiya və Türkiyədə nə qədər turizm şirkəti müflis olublar. Sonra isə onlar müştərilərlə maliyyə hesablaşmalarında böyük problemlərlə rastlaşırlar. Ancaq sığorta vasitəsilə müştərilərin ehtiyaclarını ödəmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB