Xalq artisti, xanəndə Canəli Əkbərovun 75 illik yubileyinə həsr olunan konsert keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Canəli Əkbərov müasir muğam ifaçılığının məşhur simalarındandır. Öz yaradıcılığında ustadları Seyid Şuşinskinin və Xan Şuşinskinin ənənələrinə sadiq qalan Canəli Əkbərovun ifa tərzi üçün dərin emosionallıq, səlis diksiya xasdır.
C.Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. O, 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Xanəndə teatr səhnəsində muğam operalarında bir sıra yaddaqalan obrazları yaradıb.
C.Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.
Qeyd edək ki, Canəli Əkbərovun yubileyi aprelin 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB