"Ağır illər...Xoş xatirələr"

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Stüdyo-19" şirkətinin istehsal etdikləri "Ağır illər...Xoş xatirələr" sənədli filminin təqdimatı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Sovet hakimiyyətinin repressiya illərində azərbaycanlıların Qazaxıstan çöllərinə sürgün olunmasından, onların burada bütün çətinliklərə tab gətirərək, qazax xalqı ilə qaynayıb-qarışıb həyatlarını davam etdirmələrindən bəhs edən filmin ssenari müəllifi və rejissoru xalq artisti Oktay Mir-Qasımdır.

Qeyd edək ki, "Ağır illər...Xoş xatirələr" sənədli filmi 3 aprel, saat 19:00-da Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə