Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. SİA-nın verdiyi məlumata görə, bu layihə çərçivəsində Qubaya həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Quba rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 6-da, saat 19.00-da Rus Dram Teatrında reallaşacaq.
Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil olunacaq.
Nəzərinizə çatdıraq ki, 2015-ci il ərzində Lənkəran, Şəki, Gəncə, İsmayıllı, Qəbələ, Şəmkir, Quba, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.
Bakı sakinlərini və şəhərimizin qonaqlarını bu tədbirlərdə iştirak etməyə, regionlarımızın zəngin mədəni irsi ilə daha yaxından tanış olmağa dəvət edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB