Əməkdar artist yenilik edəcək AÇIQLAMA

Əməkdar artist yenilik edəcək AÇIQLAMA

Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nicat Kazımov yeni tamaşa üzərində işləyir. Belə ki, SİA-ya açıqlama verən əməkdar artist bildirib ki, artıq "Məlikməmməd və sehirli almalar" tamaşasını təhvil verib: "Hər zaman olduğu kimi yenə də tamaşaçıları çox maraqlı tamaşalar gözəyir. Aprel ayının ortalarında balaca izləyicilərimizə müzikl təqdim olunacaq. Belə ki, Gənc Tamaşaçılar Teatrında Hans Kristian Andersenin "Çirkin ördək balası" nağılı əsasında tamaşa hazırlanır. Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova və başqaları ifa edəcəklər. Düşünürəm ki, tamaşaçılar üçün bu bir yenilik olacaq. Ümid edirəm ki, digər işlərimiz kimi bu da teatrsevərlər tərəfindən bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə