28 mart tarixində "Şahdağ" Turizm Mərkəzində Azərbaycan Dağ Xizək İdmanı Federasiyası və "Red Bull" şirkətinin birgə dəstəyi ilə Azərbaycanda ilk dəfə "ski cross" yarışması keçiriləcək. SİA-nın verdiyi məlumata görə, yarışma üçün xüsusi xizək enişi hazırlanıb. Yarışmanın qaydalarına əsasən finiş xəttinə çatan ilk idmançı qalib sayılır.
Nəzərinizə çatdıraq ki, "Ski-cross" (xizək krosu) – fristayla aid olan qış xizək idman növüdür.
Qeyd edək ki, "Şahdağ" Turizm Mərkəzi hər kəsi yarışda iştirak etməyə və iştirakçılara dəstək olmağa dəvət edir. Yarışmada iştirak pulsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB