Azərbaycanda yeni film çəkilib

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan "Eşqin sonsuz nəğməsi" adlı qısametrajlı bədii filmin çəkilişləri başa çatıb. SİA-nın verdiyi məlumata görə, nağılvari yeni il əhvalatı fonunda iki gəncin həyat hekayəsindən bəhs edən filmin rejissoru Emin Əfəndiyevdir.

"Motivlər-2" kinoalmanaxı çərçivəsində istehsal olunan filmdə İlahə Həsənova, Qorqud Cəfərli və əməkdar artist Şamil Süleymanlı kimi aktyorlar rol alıblar.

Qeyd edək ki, "Motivlər-2" kinoalmanaxının ilk filmi olan "Qara bağ" qısametrajlı bədii filminin istehsalı artıq başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə