Azərbaycan Respublikasının Mədəniyyət və Tuirzm Naziri Əbülfəs Qarayev Tunisin Milli Bardo Muzeyinə edilmiş terror hücumu ilə bağlı, Tunisin Mədəniyyət Naziri xanım Lətifə Lakdara başsağlığı məktubu göndərib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, məktubda martın 17-də muzeyə edilmiş terror hücumu pislənilmiş və bu hadisə zamanı qətlə yetirilmiş şəxslərin ailələrinə və yaxınlarına baş sağlığı verilib.
Həmçinin vurğulanıb ki, muzey mədəniyyətlərin dialoqu və yaxınlaşması üçün bir məkandır və ekstermistlərin bu cinayəti mədəniyyətə qarşı bir hücumdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB