Azərbaycan Yazıçılar Birlyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi bütün bu əlamətdar günləri əsas götürərərək ilk dəfə olaraq Beynəlxalq Poeziya Festivalı keçirməyi qərarlaşdırıb. Yazıçılar Birliyindən SİA-ya verilən məlumata görə, matın 19-dan start götürən I Bakı Beynəlxalq Poeziya Festivalına Türkiyədən tanınmış türk şairi Ataol Bəhrmaoğlu və tanınmış gitara ifaçısı Haluk Çətin, İrandan Abbasəli Əhmədoğlu və Kamran Rəsulzadə, Rusiyadan Sergey Qlovyuk, Ukraynadan Marianna Kiyanovska, Belorusdan Tatyana Sivets, Serbiyadan Milisa Liliç, FinlandiyadanTomi Kontio Kalevi, Özbəkistandan Saodat Muxammadova qatılıblar.
Qonaqlar Azərbaycan Yazıçılar Birliyində olublar və AYB sədri, xalq yazıçısı Anar qonaqları qəbul edib. Görüş zamanı tədbirin əhəmiyyətindən söz açılıb. Eyni zamanda ədəbi əlaqələrin inkişafı üçün belə tədbirlərin zəruriliyi vurğulanıb. AYB sədri Birliyin fəaliyyəti ilə bağlı qonaqları məlumatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB