"Baxın musiqi gecəsi"

30 mart, saat 15:00-da L.və M.Rostropoviçlərin ev-muzeyində görkəmli violonçelist M.Rostropoviçin anadan olmasının 88-ci il dönümü ilə əlaqədar olaraq dahi alman bəstəkarı İ.S.Baxın 330 illiyinə həsr olunmuş "İ.S.Baxın musiqi gecəsi" adlı tədbir keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ev-muzeyinin fondundan olan nadir eksponatlar əsasında sərgi təşkil olunacaq.

Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin istedadlı şagirdləri olan Beynəlxalq və Respublika laureatlarının konsert proqramı təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə