“Dünya Sosial İş günü”

Azərbaycan Turizm və Menecment Universitetində "Dünya Sosial İş Günü"nə həsr olunan tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, ATMU-nun "Xidmət mühəndisliyi" fakültəsi və "Beynəlxalq münasibətlər" kafedrası əməkdaşlarının təşkil etdikləri tədbir çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatı və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Azərbaycan Turizm və Menecment Universitetinin "Sosial iş" ixtisası üzrə təhsil alan tələbələrinə "İnsan alveri və beynəlxalq miqrasiya" mövzusunda xüsusi təlim keçiblər.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəsmisi Sərhan Aktoprak tərəfindən aparılan təlimin gedişatında miqrasiya və insan alveri arasındakı bağlılıq, insan alverindən müdafiə yolları geniş müzakirə predmeti olub. Mövzuya dair video çarx iştirakçılar tərəfindən maraqla izlənilib.

Tədbirin sonunda Beynəlxalq Miqrasiya Təşkilatı və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ali təhsil ocağında təhsil alan tələbələrə buklet, kitabça və video materiallar təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə