“Mənim günahım” tamaşasının premyerası oldu

“Mənim günahım” tamaşasının premyerası oldu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin "Mənim günahım" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. SİA-nın verdiyi məlumata görə, 1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim olunub. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib. Bu dəfə tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada əsas rolları xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Əsgər Məmmədoğlu, Hicran Nəsirova aktyorlar Günel İmanova, Rüstəm Rüstəmov, Ləman İmanova və başqaları canlandırıblar.

Qeyd edək ki, iki hissəli dramatik, etiraf dolu tamaşa böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə