Bu gün Nizami Kino Mərkəzində "Yumurta" filminin yaradıcı heyəti mətbuat konfransı keçirib. SİA-nın verdiyi məlumata görə, konfransda filmin rejissoru Ramil Adiloğlu, ssenaristi İslam Ağa, aktyor Faiq Mirzə, mətbuat katibi İsmayıl Həsənov, media nümayəndələri başqaları iştirak ediblər.
Konsfransda çıxış edənlər film haqqında məlumat veriblər. Diqqətə çatdırılıb ki, filmdə 20-dən çox məşhur azərbaycanlı aktyorlar rol alıblar: "Filmimiz fantastik-absurd komediya, macəra, utopiya janrında çəkilib. 1 saat 40 dəqiqəlik filmin yaş məhdudiyyəti yoxdur. Filmdə Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Arif Quliyev, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov çəkiliblər. Ümid edirik ki, filmimiz izləyicilər tərəfindən bəyəniləcək. Onu da deyim ki, "Yumurta" filmi 130-150 min manata başa gəlib".
Filmin süjet xətti isə indiki zamanda arxeoloq Tapdıq (Fərda Xudaverdiyev) arxeoloji qazıntılar zamanı qəribə bir yumurta tapır və bu yumurtanın milyon yaşı olduğunu iddia edir. Bu nə qədər uydurma səslənsə də onun söylədikləri həqiqətən də mövcud milyon il əvvəlki paraleldə bir gerçəkdir. Tapdığın dediyi kimi tayfa başçısı öz oğlu Duduya ona babalarından miras qalmış müqəddəs yumurtaları həvalə edərkən onların qorunmasını tapşırır və bu yumurtalar sınacağı halda böyük bir fəlakətin baş verəcəyini söyləyir. Amma təsadüfən yumurtalardan biri Dudunun əlindən düşüb sınır və bununla da Dudu indiki dövrə düşür. Müasir dövrə düşən Dudu bütün gücünü salamat qalmış (arxeoloqun tapdığı) yumurtanın axtarışına həsr edir. Bu işdə isə ona təzəcə dostlaşdığı dələduz jurnalist Maqsud kömək edir. Ancaq nəticələr heç də gözləndiyi kimi olmur.
Qeyd edək ki, "Yumurta" filminin qala gecəsi 1 aprel, saat 19: 00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB