Azərbaycan Turizm və Menecment Universiteti modern ali təhsili hədəfləyən, Avropa Şurası tərəfindən maliyyələşən "TEMPUS" proqramı üzrə layihələrdə iştirak hüququ qazanan tədris ocaqlarından biri kimi tanınır. SİA-nın verdiyi məlumata görə, "TEMPUS" proqramının ATMU-da keçirilən 5-i mərhələsi "Davamlı turizmin menecmenti sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması" layihəsi çərçivəsində "müəllimlərə təlim" adı altında təşkil olunub. Azərbaycana (Bakı və Naxçıvan) məqsədli səfərə gələn nümayəndə heyətinin tərkibinə Almaniyanın Vorms Universitetinin vitse-prezidenti Dr. Knut Şerhaq, Yade Tətbiqi Elmlər Universitetinin "Beynəlxalq əlaqələr" şöbəsinin rəhbəri Andrea Menn, Yade TEU-nun "Tempus" layihəsi üzrə meneceri Gila Altmann, Tempus və Beynəlxalq əlaqələr üzrə köməkçisi İlze Peksa daxil idilər.
ATMU-nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov başda olmaqla müvafiq struktur rəhbərləri və almaniyalı professor - mütəxəssislərin iştirakı ilə keçirilən dəyirmi masada Azərbaycan Turizm və Menecment Universiteti ilə Yade Tətbiqi Elmlər Universiteti arasında mövcud ikitərəfli münasibətlər və inkişaf perspektivlərinin konturları müzakirə predmeti olub. Layihənin şərtlərinə uyğun olaraq Almaniyanın tərəfdaş universitetlərinin nümayəndələri ATMU-da bir sıra ixtisaslar üzrə dərs deyən müəllim və mütəxəssislər üçün Modul 1 (Destinasiya menecmenti), Modul 5 (Praktika üzrə yerləşdirmə), Modul 8 (Mədəniyyətlərarası ünsiyyət və menecment) üzrə xüsusi təlim saatları təşkil ediblər. Məlumatda daha sonra bildirilir ki, hər iki ali təhsil ocağı əməkdaşlarının birlikdə apardıqları müsahibə nəticəsində Azərbaycan Turizm və Menecment Universitetinin 2 tələbəsi 2015/2016-ci tədris ilinin qış semestrini Yade TEU-da oxumaq şansı qazanıb. "Tempus" proqramının 5-ci mərhələsi üzrə "Davamlı turizmin menecmenti sahəsində bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması" layihəsi çərçivəsində keçirilən təlimlər ATMU və Yade TEU- arasındakı səmərəli və faydalı əməkdaşlığın 5-ci ilinin uğurlu yekununa həsr olunan tədbirlə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB