MTN beynəlxalq simpoziumda təmsil olunacaq

MTN beynəlxalq simpoziumda təmsil olunacaq

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 21-27 mart tarixində Türkiyənin Şanlıurfa şəhərində beynəlxalq simpozium keçiriləcək. SİA-nın verdiyi məlumata görə, simpozium 2014-cü il ərzində aparılan arxeoloji işlər və muzeyşünaslıq sahəsində əldə olunmuş aktual təcrübə və nailiyyətlərə həsr olunacaq. Muzey rəhbərləri, arxeoloqlar və Türksoy ölkələrinin nümayəndələrinin simpoziumda iştirakı hər il ənənə halını alıb.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, bu il simpoziumda Azərbaycan və Başqırdıstanın nümayəndələri çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə