İnsanlar ailə həyatı qurarkən bürclərin uyğunluğuna görə deyil, ruh və xasiyyət bənzərliyinə görə evlənməlidirlər". Bunu SİA-ya açıqlamasında astroloq Səbuhi Rəhimli söyləyib. Bildirib ki, Allahdan sonra ikinci dərk olunmaz amil sevgidir: "Mənə müraciət olunarkən daha çox cütlərin doğulduğu məkanı nəzərə alıram. Həmçinin onların hansı peşədə çalışmaqları da çox vacibdir. Bəzən bir-birilərindən tamamilə fərqli sahələrdə çalışan insanlar arasında uyğunluq olmur və münasibətlərində soyuqluq yaşanır. Onu da deyim ki, eyni bürclərin izdivacında problem olur. Çünki hər ikisi eyni iddiada olur və qarşısındakına güzəştə getmək əmsalı çox aşağıda olur. Xüsusilə diqqətinizə çatdırım ki, XIX əsrdə astrologiya elmində deyilirdi ki, ən gözəl evlilik buğa və qız bürcündə olan şəxslər arasında olur. Bu fikirlə razılaşmaq olmaz. Səbəb isə buğa və qız bürcünün nümayəndələri arasında da ayrılıq ola bilər. Bəzən də deyilir ki, qoç bürcü ilə qız bürcü uyğun gəlmir və tez boşanırlar. Mən qətiyyən bu fikirlə razı deyiləm. Çünki sözügedən bürclərin nümayəndələri arasında demək olar ki, boşanma halları çox nadir hallarda olur. Hazırda Hindistanda nikah astrologiyası çox inkişaf edib. Hindlilər evlənməzdən öncə astroloq yanına gedərək gələcək həyat yoldaşlarının onlara uyğun olduqlarını öyrənirlər. Ancaq hesab edirəm ki, insanlar normal həyatlarını yaşamalı, bürclərə aludə olmamalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB