Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun 115 illik yubileyi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, yubiley tədbiri martın 29-u, saat 12.00-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qeyd edək ki, Süleyman Rəhimov 1900-cü ilin oktyabrında Zəngəzur mahalının Qubadlı rayonunun Əyin kəndində anadan olub. S.Rəhimov Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına (1972) layiq görülüb. Üç dəfə Lenin ordeni (1946, 1970, 1975), "Qırmızı Əmək Bayrağı" (1959), "Şərəf nişanı" (1942) ordenləri və medallarla təltif edilmişdir, 1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adları alıb. 1983-cü il oktyabrın 11-də vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB