Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mart ayının 30-da saat 11ºº-da Tovuz şəhərində Heydər Əliyev Mərkəzində Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. SİA-nın verdiyi məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli- Regionlarla iş sektorunun müdiri) qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB