Gürcüstanlı qonaqlar Milli Kitabxanada olublar

Gürcüstanlı qonaqlar Milli Kitabxanada olublar

Gürcüstan Milli Parlament Kitabxanasının direktoru Georgi Kekelidze və Elektron resurslar üzrə direktor müavini Levan Taktakişvili bu gün Azərbaycan Milli Kitabxanasında olublar. SİA-nın verdiyi məlumata görə, qonaqları kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib. Gürcüstan Milli Parlament Kitabxanasının direktoru Georgi Kekelidze son bir il ərzində Gürcüstan Milli Parlament Kitabxanasında baş verən yeniliklərdən danışıb. K.Tahirovun sualına cavab olaraq G.Kekelidze bildirib ki, kitabxana Sierra avtomatlaşdırılmış kitabxana sistemi əsasında işləyir.

Görüşdə məqsəd Azərbaycan Milli Kitabxanası və Gürcüstan Milli Parlament Kitabxanası arasında bağlanmış ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında Memorandumun şərtlərinə müvafiq olaraq elektron kitab mübadiləsinin həyata keçirilməsi idi. Bu mübadilə hər iki ölkənin milli kitabxanalarının fondunun zənginləşməsinə səbəb olacaq, kitabların təkrar surətinin çəkilməsinin, vaxt və əmək itkisinin, əlavə maddi xərclərin qarşısını alacaq. Söhbət əsnasında Memoranduma əlavə olaraq bu proseslərin həyata keçirilməsi üçün qarşılıqlı razılaşma əsasında Müqavilə hazırlanması və Tbilisidə imzalanması qərara alınıb.

Qonaqlar Milli Kitabxanada tətbiq olunan VTLS-Virtua proqramı ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə