Tələbələr Türkiyədə təcrübə keçəcək?

Tələbələr Türkiyədə təcrübə keçəcək?

Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndə heyəti və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti, Marmara Universiteti tərəfindən ATMU-ya ezam olunan professorlar - İrfan Arıkan və Ali Bülənt Kutvan Türkiyə Respublikasının ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkun tərəfindən qəbul edilib. SİA-nın verdiyi məlumata əsasən, görüşdə universitetin yaranma tarixi, tədris prosesinin təşkili, xarici əlaqələri, o cümlədən ali təhsil ocağında müvafiq fənləri tədris edən İrfan Arıkan və Ali Bülənt Kutvanın universitetlə səmərəli əməkdaşlığı barəsində cənab səfirə məlumat verilib. Səmimi keçən söhbət zamanı əsasən iki qardaş ölkə arasında təhsillə bağlı münasibətlərin faydalı inkişafı, Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin Türkiyənin nüfuzlu turizm sektorunda təcrübə keçməsinə dair məsələlər də ətraflı müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə