Müəllimlərin bilikləri yoxlanılır

Müəllimlərin bilikləri yoxlanılır

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə Nazirliyin müvafiq əmrinə uyğun olaraq müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi (test üsulu ilə) keçirilir. SİA-nın verdiyi məlumata görə, Sumqayıt şəhərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, habelə Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Cəbrayıl, Qubadlı, Laçın rayon uşaq musiqi məktəblərinin (cəmi 17 məktəb) 20 ixtisas üzrə 1300-ə yaxın müəllimlərinin sınaq qiymətləndirilməsi keçirilib.

Qeyd edək ki, sınaq qiymətləndirilməsinin keçirilməsi digər zonalar üzrə də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə