Həmvətənlərimizin araşdırmaları davam edir FOTOLAR

Həmvətənlərimizin araşdırmaları davam edir FOTOLAR

Əfsanəvi müharibə qəhrəmanı Nağı Nağıyev 1913-cü ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində anadan olub. 1941-ci ildə səfərbərlik elan edildikdən sonra müharibədə iştirak edib. 18 oktyabr 1941-ci ildə isə alman faşist işğalçıları tərəfindən əsir götürülüb. Azərbaycan legionunda Nağı Nağıyev rota starşinası, komandir köməkçisi, komandir vəzifəsində çalışıb. Priluki, Radom, Edlion, Ştrans, Rodez və başqa şəhərlərdə xidmət edib. 1944-cü ilin avqust ayında Fransanın cənub hissəsi almanlardan azad edilən zaman Azərbaycan legionunun tərkibindən çıxaraq Nağı Nağıyev fransız partizanlarına qoşulub. Burada o, fransız dilini mükəmməl öyrənib. Ona görə də fransızlar onu öz övladı hesab edirdi.

Nağı Nağıyev vətənə qayıdan zaman Azərbaycan legionunda qulluq etdiyi üçün 6 il müddətində sürgünə göndərilib. Cəzasını çəkdikdən sonra 1954-cu ilin fevral ayında azadlığa buraxılıb. Gələndən sonra kolxozda hamam müdiri vəzifəsində çalışıb. Əvvəllər partiya sırasında olmaq arzusunu Azərbaycan Partiyasının I katibi İman Mustafayevin köməyi ilə reallaşdıra bilib.

Partizan Nağı Nağıyev 1950-1954-cü illərdə Çelyabinsk vilayətinin Miassi şəhərində Ural- zavodda işləyib. Orada DYK-nın zirzəmisində iki il saxlanılıb. Fransa partiyasının dəstəsində olarkən fəal iştirak edən əfsanəvi qəhrəman Nağı Nağıyev Fransanın prezidenti Şarl De Qollun şəxsi dostu olub. Və "Fransa xalqının qəhrəman oğlu" asına layiq görülüb. Hətta onun haqqındakı sənəddə göstərilir ki, N. Nağıyevə general Şarl De Qolldan qabaqda getmək hüququ verilib.

Sənəddə qeyd olunur ki, baş leytenant Nağıyevin rəhbərlik etdiyi qrup tərəfindən alman faşist işğalçılarının hərbi sursatla dolu eşelonu ələ keçirib və fransızlara təhvil verib. Əfsanəvi qəhrəman partizan Nağı Nağıyev haqqında əlimizdə çoxlu faktlar var: Göstərdiyi xidmət Sovet ittifaqından olan əsirlərin azad olunması haqqındadır.

Nağı Nağıyevin oğlu, Azərbaycan Respublikası İdeal Sülhün Təbliği Fondu Təbliğat Departamentinin Rusiyadakı nümayəndəsi, jurnalist Hüseynqulu Nağıyev atasının Rusiyada Çelyabinsk vilayətinin yazıçılar birliyinin sədri Qodina Nokolay İvanoviç və Valeri Vladimiroviç Kuznetsovla birgə çapa hazırlayırlar. Müəlliflər kitab hazır olandan sonra Azərbaycana göndərəcəklər.

Bütün bu faktları əfsanəvi qəhrəmanın oğlu Hüseynqulu Nağıyev araşdırıb üzə çıxarıb.

Nəzərinizə çatdıraq ki, bu qədər məxfi sənədlərin üzə çıxması 15 il müddətinə başa gəlib. Oğlunun sözlərinə görə öz həyatını təhlükə qarşısında qoyan Nağıyev zəhməti hədər getməyib. Belə ki, H. Nağıyev atasının vəsiyyətini yerinə yetirməyə nail oldu. Diqqətinizə çatdıraq ki, Nağı Nağıyev kimi oğullar xarici ölkələrdə döyüşsələr də hər zaman Azərbaycanın başını uca ediblər.

Nağı Nağıyev Mehdi Hüseynzadə, Hadı Qiyasbəyov, Ataxan Məmmədov, Əhmədiyyə Cəbrayılov, Nuru Abdullayev kimi qəhrəmanlarla birlikdə Larzak şəhərində əsir düşərgələrində olublar. Türk paşasının xəbərdarlığı ilə 29 nəfərin güllələnəcəkləri haqda məlumat alan Nağıyev 1943-cü ilin avqust ayında onların düşərgədən qaçışlarını təşkil edib.

Müharibədən sonra 1946-cı ilin sonunadək Fransada SS-lərə qarşı mübarizə aparıb. Şarl De Qoll yaxın ailəvi dostluğu olan Nağı Nağıyevə Fransada qalmağı məsləhət görüb. Səbəbi isə SSRİ-yə qayıdarsa vətən xaini kimi güllələnəcəyini göstərirdi.

Bu gün Nağı Nağıyev haqqında çoxlu sayda yazılar, faktlar, məlumatlar var. Bütün bunları gərgin zəhmət hesabına oğlu Hüseynqulu Nağıyev əldə edib. Atasının vəsiyyətini yerinə yetirmək üçün Bakıdakı mənzilini sataraq bu işi araşdırmaq üçün Rusiyaya üz tutub.

Nağı Nağıyevin vəsiyyəti isə adının təmizlənib ailəyə qaytarmaq (1954-cü il mart ayında SSRİ hökumətinin 0015 əmri əsasında bəraət alsa da), Sovet İttifaqının onun kimi yüzlərlə insanlara qarşı etdiyi haqsızlıqlar və çəkdiyi əziyyətlərin, sürgün həyatının haqsız olduğunu sübut etmək idi.

Nağı Nağıyevin oğluna vəsiyyəti: "Oğul, yadda saxla ki, mənim kimi partizanların, qəhrəmanların əməyinə Sovet İttifaqı qiymət vermədi. Axı biz Vətən üçün ölüm-dirim savaşında canla-başla savaşdıq. Bu, hadisələri, övladlarınıza çatdırın. Qoy gələcək nəsillər də bilsin ki, onların ata-babaları belə qəhrəmanlıqla yaşayıblar".

Qeyd edək ki, Hüseynqulu Nağıyev Rusiyada Çelyabinsk vilayətindəki Milli Təhlükəsizlik arxivində yerləşən müharibədən sonra sürgündə olan qəhrəmanlarımızın işlərini araşdırır.

Hüseynqulu Nağıyevin üç övladı var. Hər üçü Rusiyada təhsil alıb. Blaqoveşensk şəhərində keçirilən alman dili üzrə olimpiadada ikinci yerin sahibi olub. Belə ki, Məhəmməd babasının yolunu davam etdirərək alman dilini mükəmməl öyrənir. Amur vilayətinin Blaqoveşensk şəhərinin Tibb Akademiyasının III kursunda təhsil alır. Babasından-atasından gələn estafeti davam etdirən nəvələr Azərbaycan sevgisi ilə yaşayırlar. Hüseynqulu Nağıyevin öz övladlarına tövsiyəsi ali təhsili bitirdikdən sonra Vətənə dönərək cəmiyyət üçün yararlı vətəndaş olmalarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə