Fidan Hacıyeva konsert verəcək

Azərbaycanın əməkdar artisti Fidan Hacıyevanın konserti olacaq. SİA-nın verdiyi məlumata görə, "Bir yaz axşamı" adlı konsert proqramına Azərbaycan və dünya klassiklərinin əsərləri daxil ediləcək.

Qeyd edək ki, konsert 19 aprel, saat 20:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti 15-80 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə