Bayram konserti onlar üçün təşkil olundu

Bayram konserti onlar üçün təşkil olundu

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda bayram konsertləri keçirilib. SİA-nın verdiyi məlumata görə, bu silsilədən növbəti konsertlər Hacıqabul rayonunda və Şirvan şəhərində təşkil olunub.

Aparıcılar - respublikanın əməkdar artisti Azad Şükürov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Zülfiyyə Eldar qızı Şirvan şəhərində məskunlaşmış qaçqınları və məcburi köçkünləri Novruz bayramı münasibətilə təbrik etmiş, gələcəkdə belə bayramları öz doğma yurd-yuvalarında keçirməyi arzulayıblar.

Bayram konsertində çıxış edən respublikanın xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Canəli Əkbərovun, xalq artisti Simarə İmanovanın, əməkdar artist Zakir Əliyevin, aşıq Solmaz Kosayevanın, müğənni Günay Bəylərqızının, rəqqasə Cəmilə Bayramovanın, eləcə də Altay Niftəliyev (tar), Anar Bağırov (kamança) və Arzu Məsimovadan (nağara) ibarət instrumental üçlüyün çıxışları alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə